Ərik cemi



Qışda sevərək həm yeye biləcəyiniz həmdə piroqlarda, ruletlərdə istifadə edə biləcəyiniz Ərik ceminin hazırlanması çox asanddır. Elə isə Ərik cemini gəlin birlikdə hazırlayaq.

Lazım olan ərzaqlar

1. Ərik 3 kq  ( təmiz əriyin çəkisi)
2. Şəkər tozu 3 kq
3. su 

Bişirmə ardıcıllığı

1. Ərikləri yuyub ortadan bölüb dənələrini çıxardırıq. (Ərikləri əvvəlcə tərəzi ilə çəkirik)
2. Hazır olan ərikləri dərin bir qazana vəya ləyənə əlavə edib üzərinə 1 stəkan su əlavə edib ocağa qoyuruq
3. Qaynayıb yumuşalan ərikləri ocaqdan götürüb soyuduruq
4. Soyuyan ərikləri  aşsüzən vəya süzgəcdən keçiririk
5. Əriyin dənəsini və qabığını tərəzilə çəkib  əriyin ümumi çəkisindən çıxırıq
6. Qalan çəki qədər şəkər tozu əlavə edib ocağa qoyuruq
7. Qaynamağa başlayan cemin üzərinə yığılan köpüyü kəfkirlə yığırıq. Cemi qabın  dibindən yaxşı qarışdırmaq lazımdır ki, qabın dibinə yapışmasın
8. Hazır olan cemdən  bir qaba  azca qoyub soyuduruq.
9. Soyuyan cemin ortasına barmağımızla xətt çəkirik əgər xətt gec birləşirsə deməli cem hazırdır
10. Əgər cemi piroqlarda və ruletlərdə istifadə etmək istəyirsinizsə gur xodda biraz qatılaşana qədər bişirin 
Hazırlyan hər kəsə nuş olsun
17-07-2017, 18:01 12 260 0

Rəylər


Rəy yaz