» » » Reyhan şərbəti

Reyhan şərbəti

 Yayın sərinləşdirici və vitaminli içkisi reyhan şərbətinin hazırlanması çox asandı. Rəngi qədər dadı da iştah açıcı olan reyhan şərbətini bizim reseptlə hazırlayın və nəticəni bizimlə paylaşmağı unutmayın.
Lazım olan ərzaqlar

1. Reyhan 1 dəstə
2. 1 ədəd limonun  suyu
3. Şəkər tozu 1,5 stəkan
4. İsti su 2 litr

Bişirmə ardıcıllığı

1. Reyhanı təmizləyib yuyuruq.
2. Qapağı olan bir qaba reyhanı, limon suyunu, şəkər tozunu əlavə edib üzərinə qaynar su əlavə edirik. Şəkər tozu əriyənə qədər qarışdırırıq
3. Şərbət olan qabın qapağını bağlayıb otaq tempraturunda soyumasını gözləyirik
4. Soyuyan şərbəti soyuducuya qoyuruq
5. Reyhan şərbətini soyuq halda və içərisinə buz əlavə etməklə servis edə bilərsiniz

HAZIRLAYAN HƏR KƏSƏ NUŞ OLSUN
5-09-2017, 12:06 23 348 0

Rəylər


Rəy yaz