» » Napoleon tortunun hazırlanması. KLASSİK NAPOLEON RESEPTİ

Napoleon tortunun hazırlanması. KLASSİK NAPOLEON RESEPTİ


LAZIM OLAN ƏRZAQLAR
1. Un 4 st
2. Yağ 250 qram
3. Su 250 ml
4. Yumurta 1 ədəd
5. Üzüm sirkəsi 2 x. qaşığı
6. Duz yarım ç. qaşığı
7. Limon duzu 1 çimdik


BİŞMİŞ KREM ÜÇÜN
1. Yumurta 2 ədəd
2. Şəkər tozu 1st
3. Vanilin 2 ədəd
4. Un 2 x.qaşığı
5. Qarğıdalı nişastası 2 x. qaşığı
6. Süd 600 ml
7. Skuşonnu malako 1 banka
8. Kərə yağı 250 qram

Hazırlanma ardıcıllığı
1. Xəmiri hazırlayacağım qaba ələnmiş un əlavə edib, soyuducudan çıxardığım yağı unlayıb sürtkəcin iri gözündən keçirdib un və yağı umac edirəm.
2. Başqa bir qaba soyuq su+yumurta+üzüm sirkəsi+duz və limon duzu əlavə edib yaxşıca qarışdırıram.
3. Yağlı unlu umaca yumurtalı suyu əlavə edib çox yoğurmadan xəmir hazırlayaıram.
4. Xəmirə uzunsov forma verib 9 hissəyə bölüb kündələyirəm.
5. Kündələrin üzərini streçlə örtüb ən az 1 saat soyuducuda saxlayıram.
6. Soyuducudan çıxardığım kündələri un səpməklə yayıb dairə formasında kəsirəm kənarlardan artıq qalan xəmiri götürmürəm korjla birlikdə bişirirəm.
7. Korjları əvvəlcədən isidilmiş sobada 180 dərəcə 2-3 dəqiqə bişirirəm
8. Krem üçün Qazana yumurta+şəkər tozu+vanilin əlavə edib çırpma teli ilə qarışdırıam 
9. Ardınca un+nişasta və südü əlavə edib yaxşıca qarışdırdıqdan sonra ocağa qoyub qatılaşıb qaynayana qədər dayanmadan qarışdırıram.
10. Hazır olan bişmiş kremi başqa qaba əlavə edib üzərini streçlə bağlayıb soyumağa qoyuram.
11. Otaq tempraturunda yumşalmış kərə yağı və vanlini mikserlə ağarana qədər qarışdırıram.
12. Ağaran yağa qatılaşdırılmış südü hissə-hissə əlavə edib qarışdırmağa davam edrəm.
13. Ən sonda bişmiş soyudulmuş kremi qaşıq-qaşıq əlavə edib mikserlə qarışdırmağa davam edrəm.
14. Korjları hazırladığım kremlə kremləyib üst-üstə yığıram
15. Korjların kənarından çıxan hissələri əlimlə ovub xırdalayıram.
16. Tortun üzərini qırıntılarla bəzəyib bir gecə soyuducuda saxlayıram.

Hazırlayan hər kəsə nuş olsun!!!
DAHA ÇOX VƏ MARAQLI RESEPTLƏ TANIŞ OLMAQ ÜÇÜN YOUTUBE KANALIMIZA BUYRUN

20-01-2019, 12:30 155 0

Rəylər


Rəy yaz