» » QUBA ŞƏKƏRBURASININ HAZIRLANMASI

QUBA ŞƏKƏRBURASININ HAZIRLANMASI

Lazım olan ərzaqlar
1. Un 1 kq
2. Yumurta 2 ədəd
3. Smetan 2 x. qaşığı
4. Kərə yağı 150 qram
5. Şəkər tozu 1 x. qaşığı
6. Yaş maya 15 qram (quru mayadırsa 1 ç. qaşığı)
7. Süd 400 ml
8. duz 1 ç. qaşığı

İçlik üçün
1. Fındıq kəpəsi 450  qram
2. Şəkər tozu 400  qram
3. Hil 1 ç. qaşığı

Hazırlanma ardıcıllığı

1. Xəmiri hazırlayacağım qaba unu və 1 ç. qaşığı duz əlavə edib qarışdırıram.
2. Unun ortasına maya + şəkər tozu+ yumurta+ smetan+ əridilmiş kərə yağını əlavə edib qarışdırıram və ilıq südü hissə-hissə əlavə edib yumşaq ələ yapışmayan xəmir yoğururam. Xəmirin üzərini streçlə örtüb 1 saat mayalanmağa qoyuram.
3. Mayalanmış xəmiri hissələrə ayırıb hər birinin şəkisi 150 qram olan 12 ədəd kündə hazırlayıram. Kündələrin üzərini örtüb 15-20 dəqiqə mayalandırıram.
4. Mayalanmış kündələrdən birini götürüb un səpməklə yayıram.
5. 500 qram əritdiyim yağdan azca yaymanı sərəcəyim yerə əlavə edib fırça ilə yayıram.
6. Yaydığım yaymanı sərib kənarından azca çəkib enlədirəm. Üzərinə yağ əlavə edib fırca ilə yaymanın hər tərəfinə yayıram.
7. Bir kəsim üçün 3 ədəd yaymanı yayıb aralarını yağlayıb üst- üstə yığıram.
8. Sonuncu yaymanıda yağladıqdan sonra 2 barmaq enində lentlər kəsirəm. Kəsdiyim lentləri rulet kimi büküb qabın içərisinə yığıb üzərini streçlə örtüb soyuducuya qoyuram və digər kündələridə eyni qayda ilə yayıb, yağlayıb, lent şəklində kəsib bükürəm.
9. Bükdüyüm ruletlərdən birirni götürüb üzərindən basıb yastılayıram və şəkərbura xəmiri qalınlığında yayıram.
10. Yaydığım xəmirin içərisinə içlik qoyub kənarlarını bərkidib bükürəm.
11. Hazırladığım şəkərburaların üzərini dəsmalla örtürəmki qurumasın.
12.. Ən sonda şəkərburaların üzərini naxışlayıb əvvəlcədən isidilmiş sobada 150 dərəcədə şəkərburaların alt hissəsi qızarana qədər bişirirəm.
13. İÇLİYİN HAZIRLANMASI 
450 QRAM ÇƏKİLMİŞ QOZ VƏYA FINDIQ LƏPƏSİNƏ ŞƏKƏR TOZU VƏ HİL ƏLAVƏ EDİB QARIŞDIRIRAM.
14. 1 kəsim yaymadan 12-14 ədəd şəkərbura alınır. 1 KQ undan 48-50 ədəd şəkərbura çıxır

Hazırlayan hər kəsə nuş olsun


22-02-2019, 21:23 118 0

Rəylər


Rəy yaz