» » Asan və ağızda ovulan , görüntüsü və dadı möhtəşəm peçenyə resepti

Asan və ağızda ovulan , görüntüsü və dadı möhtəşəm peçenyə resepti

Lazım olan ərzaqlar
1. Un 1.5 st
2. Kərə yağı 150 qram
3. Şəkər kirşanı 1 st
4. Qarğıdalı nişastası 1 st
5. Yumurta 1 ədəd
6. Vanilin 1 paket
7. Qabartma tozu 1 paket


Üzəri üçün 
 Şəkər kirşanı 2 x. qaşığı
 Arası üçün cem vəya jele

Hazırlanma ardıcıllığı

1. Dərin bir qabın içərisinə yumurta+şəkər kirşanı+qarğıdalı nişastası və vanilin əlavə edib qarışdırıram.
2. Ardınca isə otaq tempraturunda yumşalmış kərər yağını əlavə edib əlimlə yağı və digər əzaqları qarışdırıram.
3. Ərzaqlar tam qarışdıqdan sonra isə unə və qabartma tozunu əlavə edib xəmir yoğururam.
4. Hazır olan xəmirdən 1 iri kündə hazırlayıb un səpməklə mərdanə ilə nazildirəm.
5. Şəkildə gördüyünüz formada peçenyələr kəsirəm. Peçenyə 2 qatdan ibarət olacaq deyə alt qatı bütöv saxlayıram üst qatın isə ortasını başqa kəsmə aləti ilə kəsirəm.
6. kəsdiyim xəmiri yağlı kağız sərilmiş soba listinə düzüb 180 dərəcədə bişirirəm. Soyuduqdan sonra peçenyənin üst qatı olacaq hissələrin üzərinə şəkər kirşanı səpirəm.
7. Soyuyan bütöv  peçenyələrdən birini götürüb alt hissəsinə jelə çəkib peçenyənin üst qatıı ilə birləşdiriəm. Bütün peçenyələri bu qayda ilə hazırlayıram.

Hazırlayan hər kəsə nuş olsun

26-03-2019, 21:05 32 0

Rəylər


Rəy yaz