» » Bol şokoladlı kakaolu keks. Islak kek.

Bol şokoladlı kakaolu keks. Islak kek.

Lazım olan ərzaqlar
1. Yumurta 3 ədəd
2. Şəkər tozu 1stəkandan 1 barmaq əksik
3. Süd 125 ml (yarım st)
4. Duru yağ 125 ml (yarım st)
5. Un 1 st+2 dolu x. qaşığı
6. Kakao 2 x. qaşığı
7. Vanilin 1 paket 
8. Qabartma tozu 1 paket


Qabı yağlamaq üçün
 Un 1 x. qaşığı
  Kərə yağı 10-15 qram

Hazırlanma ardıcıllığı

1. Dərin bir qabın içərisinə yumurta+şəkər tozu və vanilin əlav edib mikserlə ağarıb köpürənə qədər qarışdırıram.
2. Ağaran yumurta ağına süd və duru yağı əlavə edib qarışdırmağa davam edirəm.
3. Alınan qarışığın üzərinə un+qabartma tozu və kakaonu ələkdən keçirdib qarışdırmağa davam edirəm.
4. Keksi hazırlayacağım qabı bərk kərə yağı ilə yağlayıb üzərinə 1 x. qaşığı un əlavə edib unu qabın hər tərəfinə yayıram.
5. Keks xəmirini yağladığım qaba əlavə edib əvvəlcədən isidilmiş sobada 180 dərəcədə bişirirəm.
6. Keks bişənə qədər sousu hazırlayıram. Bunun üçün şokoladın üzərinə kərə yağı və qaynar südü əlvə edib qarışdırıb şokoladı tam əridirəm.
7. Soyuduqdan sonra keksi çöpşişlə hər tərəfini deşib hissələr bölürəm.
8. Sousu keksi üzərinə əlavə edirəm.
9. Üzərinə zövqə görə qoz qırıntıları əlavə edirəm..

Hazırlayan hər kəsə nuş olsun


26-03-2019, 21:46 22 0

Rəylər


Rəy yaz