» » Qat-qat peçenyələrin hazırlanması. Yumşaq və çox ləzzətli peçenyə resepti

Qat-qat peçenyələrin hazırlanması. Yumşaq və çox ləzzətli peçenyə resepti

Lazım olan ərzaqlar
1. Un 375 qram ( 2st yarım)
2. Kərə yağı 150 qram
3. Yumurta 1 ədəd
4. Şəkər tozu 2 x. qaşığı
5. Maya 1 ç. qaşığı
6. Duz 1 çimdik 
7. İlıq su 50 ml
8. Vanilin 1 paket
 
Üzəri üçün
Şəkər tozu

Hazırlanma ardıcıllığı
1. Maya, şəkər tozu və ilıq suyu qarışdırıb mayanın aktivləşməsini gözləyirəm.
2. Dərin bir qaba yumurta, vanilin,duz və aktivləşmiş mayanı əlavə edib çırpma teli ilə qarışdırıram.
3. Alınan qarışığın üzərinə otaq tempraturunda yumşalmış kərə yağını əlavə edib qarışdırıram.
4. Ən sonda un əlavə edib yumşaq xəmir yoğururam
5. Xəmirin üzərini örtüb mayalanmağa qoyuram.
6. Mayalanmış xəmiri mərdanə ilə yayıb nazildirəm, üzərinə şəkər tozu səpib əlimlə biraz basıram və ikiqat qatlayıram
7. Qatladığım xəmiri yayıb üzərinə yenidən şəkər tozu səpirəm.
8. Bu qayda ilə ümumilikdə xəmiri 4 dəfə qatlayıb arasına şəkər tozu səpib yayıram.
9. Yaydığım xəmirin üzərinə şəkər tozu səpib, kvadrat formada kəsib, yağlı kağız sərilmiş sobanın listinə düzürəm. Əvvəlcədən isidilmiş sobada 160 dərəcədə bişirirəm.

Hazırlayan hər kəsə nuş olsun



29-03-2019, 21:03 35 0

Rəylər


Rəy yaz