» » Şokoladlı ponçik resepti

Şokoladlı ponçik resepti

Lazım olan ərzaqlar
1. Un 400 qr
2. Yumurta 1 ədəd
3. Kərə yağı 4 x. qaşığı( 60 qram)
4. Süd 200-250 ml
5. Şəkər tozu 3 x. qaşığı
6. Maya 1 ç. qaşığı
7. Süd 2-3 x. qaşığı
8. Şəkər tozu 1 x. qaşığı
9. Duz 1 çimdik

Hazırlanma ardıcıllığı
1. Ələnmiş unun ortasını açıb maya, 1 x. qaşığı şəkər tozu və 3-4 x. qaşığı ilıq süd əlavə edib qarışdırıram və üzərini örtüb 10 dəqiqə mayanın aktivləşməsini gözləyirəm.
2. Maya hazır olanda üzərinə yumurta, əridilmiş kərə yağı, bir çimdik duz, vanilin və şəkər tozu əlavə edib qarışdırıram.Ardınca isə ilıq südü az-az əlavə edib yumşaq xəmir yoğururam.
3. Xəmirirn üzərini örtüb 1 saat mayalanmağa qoyuram.
4. Mayalanmış xəmiri 2 hissəyə bölüb kündələyirəm.
5. Kündələrdən birini götürüb 5-6 mm qalınlığında yayıram və kəsmə aləti ilə dairələr kəsirəm.
6. Kəsdiyim dairələrin üzərini örtüb 20 dəqiqə mayalanmağa qoyuram
7. Orta atəşdə qızdırılmış yağa kəsdiyim dairələri əlavə edib hər iki üzünü qızardıram.
8. Qızarmış dairələri mətbəx salfetinin üzərinə düzüb soyuduram.
9. Soyumuş dairələrin içərisinə şokolad pastası əlavə edirəm, üzərinə isə şəkər kirşanı səpirəm..

Hazırlayan hər kəsə nuş olsun
4-04-2019, 22:03 62 0

Rəylər


Rəy yaz