» » ASAN PEÇENYƏ

ASAN PEÇENYƏ

LAZIM OLAN ƏRZAQLAR
1. UN 2 ST
2. DURU YAĞ 0.5 ST
3. ŞƏKƏR TOZU 0.5 ST
4. KƏRƏ YAĞI VƏYA MARQARİN 1 X. QAŞIĞI
5. YUMURTA 1 ƏDƏD
6. QABARTMA TOZU VƏ VANİLİN 1 PAKET

HAZIRLANMA ARDICILLIĞI
1. Xəmir yoğuracağım qaba yumurta və şəkər tozu əlavə edib çırpma teli ilə qarəşdırıram.
2. Ardınca sıra ilə duru yağ, kərə yağı, un, qabartma tozu və vanilin əlavə edib qarışdırıram.
3. Ən sonda 2 st unu hissə-hissə əlavə edib yumşaq xəmir yoğururam.
4. Xəmirdən balaca kündələr hazırlayıb üzərini şəkər tozuna bulayıb yağlı kağız sərilmiş soba listinə düzürəm.
5. Kündələrin üzərinə xəmir kəsmə aləti ilə kəsirəm 
6. Peçenyələri əvvəlcədən isidilmiş sobada 180 dərəcədə 15 dəq bişirrəm.

HAZIRLAYAN HƏR KƏSƏ NUŞ OLSUN
5-09-2019, 17:56 123 0

Rəylər


Rəy yaz