» » ÜZƏRİ ŞOKOLADLI, KÖVRƏK İÇƏRİSİ YUPYUMŞAQ QOZLU KƏTƏ

ÜZƏRİ ŞOKOLADLI, KÖVRƏK İÇƏRİSİ YUPYUMŞAQ QOZLU KƏTƏ

LAZIM OLAN ƏRZAQLAR
1. UN 500 QRAM
2. SMETAN 175 QRAM
3. KƏRƏ YAĞI 200 QRAM
4. YUMURTA 1ƏDƏD
5. ŞƏKƏR TOZU VƏYA ŞƏKƏR KİRŞANI 100 QRAM
6. QABARTMA TOZU 1 PAKET
7. VANİLİN 1 PAKET


İÇLİK ÜÇÜN 
1. QOZ 200 QRAM
2. ŞƏKƏR TOZU 150 QRAM

XƏMİRİN ÜZƏRİ ÜÇÜN
70 QRAM ƏRİNMİŞ KƏRƏ YAĞ

HAZIRLANMA ARDICILLIĞI
1. LAZIM OLAN ƏRZAQLARI QARIŞDIRIB YUMŞAQ ƏLƏYAPIŞMAYAN XƏMİR YOĞURURAM.
2. XƏMİRİN ÜZƏRİNİ ÖRTÜB 10 DƏQİQƏ DİNCƏLMƏYƏ QOYURAM.
3. XƏMİRİ 2 HİSSƏYƏ BÖLÜB KÜNDƏLƏYİRƏM.
4. KÜNDƏLƏRDƏN BİRİN GÖTÜRÜB UN SƏPMƏKLƏ YAYİRAM ÜZƏRİNƏ KƏRƏ YAĞI ƏLAVƏ EDİB FIRÇA İLƏ HƏR TƏRƏFİNƏ YAYIRAM, ÜZƏRİNƏ QOZLU İÇLİK SƏPİB RULET ŞƏKLİNDƏ BÜKÜRƏM.
5. RULETİ 3 BARMAQ ENİNDƏ KƏSİB YAĞLI KAĞIZ SƏRİLMİŞ SOBA LİSTİNƏ DÜZÜB ƏVVƏLCƏDƏN İSİDİLMİŞ SOBADA 180 DƏRƏCƏDƏ BİŞİRİRƏM.
6. SOYUMUŞ KƏTƏLƏRİN ÜZƏRİNİ AĞ VƏ QARA ŞOKOLADLA BƏZƏYİRƏM.

HAZIRLAYAN HƏR KƏSƏ NUŞ OLSUN

25-11-2019, 21:03 157 0

Rəylər


Rəy yaz