» » ŞAFTALI ŞİRNİYYATI

ŞAFTALI ŞİRNİYYATI

LAZIM OLAN ƏRZAQLAR
1. un 1kq
2. kərə yağı vəya marqarin 250 qram
3. smetan 200 qram
4. yumurta 3 ədəd
5. şəkər tozu  2st
6. vanilin 1 paket
7. qabartma tozu 1.5 paket

HAZIRLANMA ARDICILLIĞI
1. Dərin bir qabın işərisinə yumurta+şəkər tozu+vanil əlavə edib mikser vəya çırpma teli ilə qarışdırırıq. 
2. Başqa bir qaba un+qabartma tozu+yumşalmış kərə yağı və smetan əlavə edib qarışdırırıq.
3. Unlu qarışığın üzərinə yumurtalı qarışığı əlavə edib yumşaq xəmir yoğururuq.
4. Xəmirdən hər birinin çəkisi 50 qram olan kündə hazırlayıb yağlı kağız sərilmiş soba listinə düzüb əvvəcədən isidilmiş sobada 180 dərəcədə alt hissərəi qızarana qədər bişiririk.
5. Soyuduqdan sora peçenyələrin orta hissəsini oyub çıxarırıq. Oyduğumuz qırıntıları bişmiş skuşonkaya qatıb peçenyələrin içərisinə qoyub iki peçenyəni birləşdiririk.
6. 2 Ayrı qaba 100 ml su töküb hər qaba 1 paket quru qida boyası(sarı və qırmızı) əlavə qarışdırırıq.
7. Peçenyələrin bir tərəfini sarı suya digər tərəfini qırmızı suya batırıb mətbəx salfetinin üzərinə yığırıq.
8. Bütün peçenyələri boyadıqdan sonra şəkər tozuna bulayıb üzərinə şaftalı yarpağı qoyuruq.
ŞAFTALI ŞİRNİYYATIMIZ HAZIRDIR. HAZIRLAYAN HƏR KƏSƏ NUŞ OLSUN

4-04-2020, 14:01 153 0

Rəylər


Rəy yaz