» » AĞIZDA OVULAN CEMLİ PİROQ

AĞIZDA OVULAN CEMLİ PİROQ

LAZIM OLAN ƏRZAQLAR

1. un 3.5 st
2. yumurta 3 ədəd
3. kərə yağı 200 qram
4. duru yağ 1/3 stəkan (60-70 ml)
5. kakos 1 armudu st
6. qabartma tozu 1 paket
7. vanil 1 paket
8. şəkər kirşanı 1stəkandan 1 barmaq aşağı

HAZIRLANMA ARDICILLIĞI
1.Xəmiri hazırlayacağımız qaba otaq tempraturunda yumşalmış kərə yağı və ya marqarin+şəkər kirşanı əlavə edib çəngəllə əzirik.
2. Üzərinə yumurta və duru yağı əlavə edib qarışdırmağa davam edirik
3. Alınan qarışığın üzərinə kakos+un+qabartma tozu əlavə edib yumşaq xəmir hazırlayıb yağlı kağızın üzərində düzbucaqlı formada açırıq və əvvəlcədən isidilmiş sobada 180 dərəcədə bişiririk.
4. Sobadan çıxardıqdan sonra kənarlarını kəsib ovuntu hazırlayırıq. 
5. Alınan düzbucaqlını ortadan 2 hissəyə bölüb arasına zövqə görə istənilən cem çəkib digər qatıda üzərinə yerləşdirib üzərinə yenə cem çəkirik. Kənarlardan çıxan ovuntunu piroqun üzərinə səpirik və istədiyiniz formada hissələrə bölün.

HAZIRLAYAN HƏR KƏSƏ NUŞ OLSUN
4-04-2020, 19:10 285 0

Rəylər


Rəy yaz