» » Pankek (çox asan və dadlı pankek)

Pankek (çox asan və dadlı pankek)

 
Lazım olan ərzaqlar

1. yumururta 2 ədəd
2. şəkər tozu 3 x.qaşığı
3. bitki yağı 2 x. qaşığı
4. vanilin 1paket
5. süd 2 stəkan (400 ml)
6. qabartma tozu yarım paket
7. un 2stəkan +2 X. qaşığı

Bişirmə ardıcıllığı

1. Dərin bir qaba yumurtanı və şəkər tozunu əlavə edib ağarana qədər mikserlə qarışdırırıq
2. ardınca vanilini, bitki yağını və südü əlavə edib qarışdırırıq
3. unu və qabartma tozunuda əlavə edib qarışdırırıq
4. əvvəlcədən yaxşı isitdiyimiz  yağsız tavaya  hazır olan qarışıqdan çömçə ilə qoyub vam odda hər iki üzü qızarana qədər bişiririk
5. pankekin alt üzünün bişməyini pankekin üzərinin qabarcıqlı olmasından bilirik.

Hazırlayan hər kəsə nuş olsun
19-06-2017, 15:43 1 310 0

Rəylər


Rəy yaz