» » » Ballı rulet (qaymaqlı kremlə)

Ballı rulet (qaymaqlı kremlə)

Lazım olan ərzaqlar
1. yumurta 4 ədəd
2. şəkər tozu 90 qram
3. un 110 qram
4. bal 80 qram
5. vanilin 1 ç. qaşığı
6. qabartma tozu 1 ç. qaşığı
7. duz 1 çimdik

Krem üşün
1. qaymaq 33-35% -li
2.  bişmiş qatılaşdırılmış süd 150 qram
3. Vanili  1 paket

Üzəri üçün 
Əridilmiş şokolad

Hazırlanma ardıcıllığı
1. Yumurtaların ağını sarısından ayırırıq
2. Yumurta sarılarına şəkər tozunu və vanlini əlavə edib mikserlə rəngi açılıb şəkər tozu əriyənə qədər qarışdırırıq. Yumurta sarılarına balı da əlavə edib qarışdırırıq. Unun yarı hissəsini və qabartma tozunu əlıyib qarışdırırıq
3. Başqa bir qabda yumurta ağlarını 1 çimdik duzla ağarıb köpənə qədər qarışdırırıq
4. Yumurta sarıları olan qarışığa köpürtdüyümüz yumurta ağlarını hissə-hissə əlavə edib qarışdırırıq
5. Yumurta ağlarını və sarılarını yaxşıca qarışdırdıqdan sonra unun qalan hissəsini də əlavə edib qarışdırırıq
6. Yağlı kağız sərilmiş sobanın listinə xəmiri əlavə edib yayırıq əvvəlcədən isidilmiş sobada 170 °C də 8-10 dəqiqə bişiririk
8. Sobadan çıxardığımız biskiviti təzə yağlı kağızın üzərinə tərs çevirib biskivitin üstündəki yağlı kağızı çıxarıb  rulet şəklində bükürük. Və bu şəkildə soyuduruq
9. KREM ÜÇÜN : qaymağı bərkiyənə qədər mikserlə qarışdırırıq. Ardınca bişmiş qatılaşdırılmış südü və vanlini əlavı edirik. 
10. Soyuyan ruleti açıb içərisinə kremi çəkib yenidən bükürük. 
Üzərini isə su buxarında əridilmiş şokoladla bəzəyirik

Hazırlayan hər kəsə nuş olsun

9. 
13-01-2018, 19:58 321 0

Rəylər


Rəy yaz