Bamiyə

Lazım olan ərzaqlar
Xəmir üçün

1. un 2,5 st
2. yağ 50 qram
3. su 2 st
4. yumurta 4 ədəd
5. mannı 3 x. qaşığı
6. nişasta(kraxmal) 1 x. qaşığı
7. vanilin 1 paket
8. duz 1 çimdik

Şərbət üçün
1. su 1,5 st
2. şəkər tozu 2 st
3. limon 1 dilim

Hazırlanma ardıcıllığı
1. Qazana suyu və şəkər tozunu əlavə edib şəkər tozu əriyənə qədər qarışdırırıq. Şərbət qaynayanda 1 dilim limon əlavə edib 1-2 dəqiqə qaynadıb ocaqdan götürürük. Şərbəti soyudub soyuq halda istifadə edirik
2. Qazana suyu, kərə yağını və 1 çimdik duz əlavə edib ocağa qoyuruq. Yağ əriyəndə ələnmiş unu birdəfəyə qazana əlavə edib tez-tez qarışdırıb hamar xəmir olana qədər qarışdırırıq. Xəmir qazana yapışanda ocaqdan götürüb xəmiri başqa bir qabda soyuduruq.
3. Soyuyub ilıq olan xəmirə nişastanı, mannını, vanlini və yumurtaları tək-tək əlavə edib qarışdırırıq
4. Alınan xəmir yapışqan və dartılan olur
5. Xəmiri  gül forması qoyulmuş qənnadı torbasına əlavə edib  tavaya yağın içərisinə istədiyiniz uzunluqda sıxıb qayçıyla kəsirik. Tavadakı yağ isti olmamalıdı. Yağın üzəri xəmirlə dolana qədər bu qayda ilə davam edirik ardınca tavanı ocağa qoyub bamiyələri qızarana qədər tez-tez qarışdırırıq ki, hər tərəfi bərabər qızarsın.
6. Yağdan çıxardığımız bamiyələri soyuq şərbətin içərisinə əlavə edirik.
7. Bamiyələr qızaran kimi ocağın altını söndürürük ki, yenə xəmir əlavə edəndə xəmirlər yanmasın. Xəmiri kəsib qurtardıqdan sonra ocağı yandırırıq
8. İkinci hissə bamiyələr qızaranda əvvəlki bamiyələri şərbətdən çıxardırıq
9. Bamiyələri xəmir qurtarana qədər bu qayda ilə hazırlayırıq

Hazırlayan hər kəsə nuş olsun
25-11-2017, 19:26 304 0

Rəylər


Rəy yaz