Gül şirniyyatı

Lazım olan ərzaqlar
1. kərə yağı vəya marqarin 125 qram
2. duru yağ 1st
3. mannı 1 st
4. qatıq 0.5 st
5. sirkə 1 x. qaşığı
6. yumurta 1 ədəd
7. duz 1 çimdik
8. qabartma tozu 1paket
9. vanilin 1 paket
10. un 4.5 st

Şərbət üçün
şəkər tozu 3st
su 3 st

Hazırlanma ardıcıllığı
Şərbəti hazırlayırıq:Qazana şəkər tozunu və suyu əlavə edib ocağa qoyuruq. Arabir qarışdıraraq şəkır tozunu əridirik. Qaynamağa başladıqdan etibarən 5 dəqiqə qaynadıb ocaqdan götürürük
1. Dərin bir qaba duru yağ və otaq tempraturunda yumşalmış kərə yağını əlavə edib qarışdırırıq
2. Ardınca sıra ilə yumurtanı, qatığı, sirkəni, mannını, vanlini və qabartma tozunu əlavə edib qarışdırırıq ən sonda unu əlavə edib qarışdırırıq
3. Xəmiri yayıb stəkan vəya başqa kəsmə aləti ilə kəsirik. 3-4 ədəd dairəni bir-birinin üstünə gələcək şəkildə qoyub rulet kimi bükürük  və ruleti ortadan bıçaqla kəsib hər iki tərəfini gülün ləçəklərini düzəldib sobanın tavasına düzürük. Güllərin tam ortasın fındıq vəya badam ləpəsi qoyuruq.
4. Xəmir bitənə qədər bu şəkildə dairələr kəsib güllər düzəldirik
5. Hazır olan gülləri sobada 180 dərəcədə üzəri qızarmamaq şəriylə bişiririk
6. Sobadan çıxardığımız gül qurabiyələrinin üzərinə ilıq şəkildə olan şərbəti əlavə edib qurabiyələr şərbəti tam çəkənə qədər gözləyib daha sonra servis edirik.

Hazırlayan hər kəsə nuş olsun
13-01-2018, 22:39 382 0

Rəylər


Rəy yaz