» » Hazır lavaşdan ətli börək.Həm çox asan həm də ləzzətli

Hazır lavaşdan ətli börək.Həm çox asan həm də ləzzətli

Lazım olan ərzaqlar
1. Lavaş 3 ədəd
2. Qiymə 200-300 qram
3. Soğan 1 ədəd orta ölçülü
4. Duz, istiot zövqə görə

Sous üçün
1. Qatıq 1 st
2. Yumurta 2 ədəd
3. Duru yağ 4-5 x. qaşığı

Hazırlanma ardıcıllığı
1. İÇLİK ÜÇÜN tavaya yağ əlavə edirəm, yağ qızdıqda isə xırda doğradığım soğanları əlavə edib 3-5 dəqiqə qovururuam.
2. Soğan biraz qovrulduqdan sonra qiyməni əlavə edib qarışdırıram və duz əlavə edib tavanın qapağını  bağlayıb arabir qarışdırıaraq bişirirəm. Bişdikdən sonra içliyi soyuduram.
3. SOUS ÜÇÜN dərin bir qaba qatıq+yumurta+duru yağ əlavə edib qarışdırıram.
4. İstifadə etdiyim lavaş böyük olduğu üçün yarıya bölürəm.
5. Lavaşın üzərinə sous əlavə edib fırça ilə yayıram.
6. Lavaşın kənarından hazırladığım içlikdən qoyub rulet şəklində bükürəm və bükdüyüm ruleti də dairə şəklində büküb,
7. Börəyi bişirəcəyim tavanın ortasına  qoyuram
8. Digər lavaşları da eyni qayda ilə hazırlayıb rulet şəklində bükürəm və tavanın ortasına bükdüyüm lavaşın ətrafına düzürəm
9. Lavaşlar bitdikdə isə artıq qalan sousu börəyin üzərinə əlavə edib, fırça ilə yayıram.
10. Hazırladığım börəyi əvvəlcədən isidilmiş sobada 180 dərcədə üzəri qızarana qədər bişiririəm.

HAZIRLAYAN HƏR KƏSƏ NUŞ OLSUN

DAHA ƏTRAFLI YOUTUBE KALIMIZA BUYRUN

24-10-2018, 11:34 1 151 0

Rəylər


Rəy yaz