» » Səbzi şorbasının hazırlanması.

Səbzi şorbasının hazırlanması.

Lazım olan ərzaqlar
Küftə üçün
1. Qiymə (çəkilmiş ət) 300 qram
2. Soğan  
3. Duz və istiot


Şorba üçün
1. Soğan 1 ədəd
2. Keşniş 1 dəstə
3. Şüyüd 1 dəstə
4. Çuğundur yarpağı 1 dəstə
5. Turşəng 1 dəstə
6. Göy soğan yarım dəstə
7. Sarıkök 0.5 ç qaşığı
8. Duz 
9. Karof 2 ədəd balaca

Hazırlanma ardıcıllığı
1. Əvvəlcə küftəni hazırlayıram, bunun üçün qiyməyə sürtkəcdən keçirib suyunu süzdüyüm soğanı, duz və istiotu  əlavə edib yaxşı yoğurduqdan sonra fındıqdan biraz böyük küftələr hazırlayıram
2. Hazırladığım küftələri qaynayan suya vəya ət bulyonuna əlavə edib orta xodda bişirirəm
3. Şorbanı hazırlayacağım qazanda xırda doğranmış soğanı 2-3 x. qaşığı yağda qovururam.
4. Qovrulan soğana əvvəlcədən doğradığım göyərtiləri, duz və sarıkök əlavə edib 1-2 dəqiqə qovururam.
5. Qaynayan küftələri qovrulan soğanlı göyərtilərə əlavə edirəm.
6. Küftələrin suyu az olduğu üçün şorbaya əlavə qaynar su əlavə edirəm.
7. Ən sonda xırda kub şəklində doğradığım kartofu da əlavə edib şorbanı kartof bişənə qədər şorbanı bişirib ocaqdan götürürəm.
 
Hazırlayan hər kəsə nuş olsun
DAHA ÇOX RESEPTLƏ TANIŞ OLMAQ ÜÇÜN YOUTUBE KANALIMIZA BUYRUN
11-12-2018, 11:25 641 0

Rəylər


Rəy yaz