» » Gürcü xəngəlinin hazırlanması

Gürcü xəngəlinin hazırlanması

Lazım oan ərzaqlar
Xəmir üçün 

1. Un 400 qram
2. Duz 1 ç. qaşığı
3. Su 200 ml


İÇLİK ÜÇÜN 
1. Yağlı qiymə 350
2. Soğan 150 qram
3. Keşniş yarım dəstə
4. Duz 1ç. qaşığı
5. Qara istiot çay qaşığının ucunda
6. Qırmızı pul bibər yarım çay qaşığı

Hazırlanma ardıcıllığı

1. Xəmiri hazırlayacağım qaba ələnmiş unu və duzu əlavə edib qarışdırıram.
2. Unun üzərinə 200 ml soyuq su əlavə edib umac kimi ovuram. Umac kimi olan xəmiri su əlavə etmədən yoğururam. Xəmir bərk olmalıdır.
3. Xəmiri 2 hissəyə bölüb kündələyirəm və üzərini örtüb ən az 1 saat dincəlməyə qoyuram ki, xəmiri açmaq asan olsun.
4. İçlik üçün350 qram yağlı qiymənin üzərinə xırda doğranmış soğan +keşniş+ duz+qara istiot+ qırmızı pul bibər və 250 ml qaynadılmış soyudulmuş soyuq su əlavə edib qarışdırıram.
5. Kündələrdən birini götürüb 5-6 mm qalınlığında yayıram və kiçik dairələr  kəsib pinqivin klyoka vəya streç arasına yığramki , üzəri qurumasın.
6. Kəsdiyim dairələri götürüb tək-tək 15 sm diametrində dairə şəklində yayıram və yaydığım xəmirin içərisinə hazırladığım içlikdən qarışdıraraq 1 x. qaşığı qoyub şəkildəki formada bükürəm. 
7. Bükdüyüm hissəni yaxşı bərkidirəmki suda bişən zaman açılmasın.
8. Böyük qazanda ocağa su qoyuram su qaynadıqda 1 x. qaşığı duz əlavə edib suyu taxta qaşıqla qarışdıra-qarışdıra xəngəlləri tək-tək suya əlavə edirəm. Su qaynamağa başlayanda isə qarışdırmağı dayandırıram. Xəngəlləri 15-20 dəqiqə qaynadıb sudan çıxarıram. Servis edərkən üzərinə qara istiot səpib servis edirəm

Hazırlayan hər kəsə nuş olsun!!!
DAHA ÇOX VƏ MARAQLI VİDEO RESEPTLƏR ÜÇÜN YOUTUBE KANALIMIZA BUYRUN

17-01-2019, 21:00 67 0

Rəylər


Rəy yaz