» » Qazan kababının hazırlanması

Qazan kababının hazırlanması

Lazım olan  ərzaqlar
1. Qoyun əti 600 700 qram
2. Kartof 6-7 ədəd
3. Quyruq yağı 150 qram
4. Duz

ÜZƏRİ  ÜÇÜN
Soğan 
Keşniş

Hazırlanma ardıcıllığı
1. Dərin bir qazana xırda kub şəklində doğradığım quyruğu əlavə edib qızılı rəngədə olana qədər qızardıram.
2. Qızarmış quyruğu kəfkirlə yağdan çıxarıram
3. Qazana əvvəlcədən doğradığım qoyun ətini düzüb hər iki üzünü qızardıb götürürəm.
4. Qabığını soyduğum kartoflarıda bütöv şəkildə hər iki üzünü əti qızartdığım yağda qızardıram
5. Başqa bir qazana azca kərə yağı əlavə edib qızarmış ət və kartofları qazana əlavə edib vam xodda qazanın qapağı bağlı şəkildə yarım saat dəmə qoyuram. QEYD edimki, qazanın qapağı bağlı şəkildə arabir tərpədib ət və kartofun yerini dəyişirəmki yanmasın.
6. Hazır olan qazan kababının üzərinə halqa şəlkində doğradığım soğan və xırda doğradığım keşnişi əlavə edib servis edirəm.

Hazırlayan hər kəsə nuş olsun!!!
DAHA ÇOX VƏ MARAQLI VİDEO RESEPTLƏRLƏ TANIŞ OLMAQ ÜÇÜN YOUTUBE KANALIMIZA BUYRUN..

17-01-2019, 21:22 118 0

Rəylər


Rəy yaz