» » Ərişdəli plovun hazırlanması.

Ərişdəli plovun hazırlanması.

Lazım olan ərzaqlar plov üçün
1. Düyü 3 st
2. Ərişdə 200 qram
3. Kartof 1 ədəd böyük
4. Soğan 1 ədəd balaca
5. Kərə yağı 2 x. qaşığı
6. Duz

Üzəri üçün
1. Quşbaşı doğranmış ət 350 400 qram
2. Soğan 3 ədəd
4. Kərə yağı 3 x.qaşığı
5. Duz

Hazırlanma ardıcıllığı
1. Quşbaşı doğranmış dana ətini yuyub üzərinə çıxana qədər su əlavə edib ocağa qoyuram. Qaynayanda üzərinə yığılan kəfi yığıram.
2. Yağ əlavə etdiyim tavaya xırda doğradığım soğanı əlavə edib qovururam.
3. Qovrulan soğana qaynadılmış ət və duz əlavə edib yaxşıca qovururam.
4. Qurudulmuş ərişdəni sobanın listinə əlavə edib 100  dərəcədə qızardıram.
5. Plov üçün qaynayan suya duz əlavə edib əvvəlcədən duzlu suda islatdığım düyünü əlavə edirəm.Düyü qaynamağa başlayanda qovrulmuş ərişdəni əlavə edib qarışdırıram.
6. Düyü hazır olanda süzürəm.
7. Halqa şəklində doğradığım kartofa duz əlavə edib yağ əlavə etdiyim qazanın dibinə düzürəm.Üzərindən isə halqa şəklində doğradığım soğanı və süzdüyüm ərişdəli düyünü əlavə edib qazanın qapağına dəsamal bağlayıb vam odda dəmə qoyuram.
8. Plovu servis edəcəyim qaba çəkib üzərinə qızarmış kartofları və qovurduğum əti əlavə edib servis edirəm.

Hazırlayan hər kəsə nuş olsun!!!
DAHA ÇOX VƏ MARAQLI VİDEO RESEPTLƏRLƏ TANIŞ OLMAQ ÜÇÜN YOUTUBE KANALIMIZA BUYRUN.

17-01-2019, 21:46 146 0

Rəylər


Rəy yaz