» » Ətsiz qırmızı lobya şorbası

Ətsiz qırmızı lobya şorbası

Lazım olan ərzaqlar
1. Qırmızı lobya 2 st 
2. Soğan 1 ədəd
3. Bibər 1 ədəd
4. Pomidor və ya pomidor turşusu
5. Nanə qurusu 1ç. qaşığı
6. Kərə yağı 2 x.qaşığı


Hazırlanma ardıcıllığı
1. Qırmızı lobyanı axşamdan yuyub isladıram.
2. Ertəsi gün suyunu süzüb yenidən su əlavə edib qaynadıram. Qaynayan lobyaya 2 ədəd  dəfnə yarpağı əlavə edirəm.
3. Başqa bir tavada xırda doğranmış soğanı az yağda qovururam.
4. Qovrulan soğana xırda doğranmış bibər əlavə edib qovurmağa davam edirəm.
5. Ardınca tomat pastası, duz və doğranmış pomidor əlavə edib qovururam.
6. Qovrulan ərzaqlara qaynadılmış lobyadan 3-4 x. qaşığı əlavə edib çəngəllə əzirəm.
7. Əzdiyim soğanlı lobyalı qarışığı qaynayan lobyaya əlavə edib qarışdırıram.
8. Ən sonda xırda kub şəklində doğradığım kartofu və nanə qurusunu əlavə edib 20-25 dəqiqə qaynadıram.

Hazırlayan hər kəsə nuş olsun!!!
DAHA ÇOX VƏ MARAQLI VİDEO RESEPTLƏRLƏ TANIŞ OLMAQ ÜÇÜN YOUTUBE KANALIMIZA BUYRUN.

20-01-2019, 11:42 102 0

Rəylər


Rəy yaz