» » Narlı, şabalıdlı hinduşka qovurmalı PLOV.

Narlı, şabalıdlı hinduşka qovurmalı PLOV.


Lazım olan ərzaqlar
Qovurma üçün 

1. Hiduşqa vəya toyuq əti
2. Soğan 3 ədəd
3. Nar 2 ədəd
4. Şabalıd 250 qr
5. Duz və sarıkök
6. Kərə yağı 2-3 x. qaşığı

Plov üçün
1. düyü 4 st 
2. Duz 2 x. qaşığı
3. Kərə yağı 3-4 x. qaşığı

Qazmaq üçün
1. Yumurta 2 ədəd
2. Qatıq 2 dolu x. qaşığı
3. Süzülmüş düyü 6-7 x. qaşığı

Hazırlanma ardıcıllığı
1. Hinduşka vəya toyuq ətini doğrayıb yuyub üzərinə su əlavə edib ocağa qoyuram. Qaynayan zaman üzərinə yığılan kəfi yığıb ət bişənə qədər qaynadıram.
2. Soğanı nazik yarımhalqa şəklində doğrayıb yağ əlavə etdiyim tavaya əlavə edib açıq qızılı rəngdə olana qədər qovururam.
3. Qovrulan soğana qayndılmış ət və duzu əlavə edib qovurmağa davam edirəm.
4. 1-2 dəqiqə qovurduqdan sonra sarıkök və şabalıdı əlavə edib tavanın qapağını bağlayıb arabir qarışdıraraq qovururam.
5. Ən sonda dənələnmiş narı əlavə edib 5 dəqiqə vam odda tavanın qapağı bağlı şəkildə bişirib ocağı söndürürəm.
6. Plov üçün qoyduğum suya duz əlavə edib qarışdırıram. Əvvəlcədən duzlu suda islatdığım düyünü əlavə edib, düyü hazır olduqda süzürəm.
7. QAZMAQ ÜÇÜN yumurtaya qatıq və duz əlavə edib qarışdırıram, ardınca isə süzülmüş düyüdən əlavə edib  yaxşıca qarışdırıram.
8. Plovu dəmləyəcəyim qazana yağ əlavə edib yağı yaxşıca qızdırıram.
9. Qazmağı qazana əlavə edib hamarlayıram. 1-2 dəqiqə qazmağın özünü tutmasını gözləyirəm.
10. Süzdüyüm düyünü qazana əlavə edirəm arabir isə sarıkök əlavə edirəm. Düyünün üstünə yağ əlavə edib qazanın qapağını dəsmalla bağlayıb 30-35 dəqiqə dəmə qoyuram.
11. Plov hazır olduqda servis edəcəyim qaba əlavə edib qazmağı səliqə ilə kəsib düyünün üzərinə düzürəm. Narlı şabalıdlı qovurmanı isə başqa bir qaba əlavə edib plovun yanında servis edirəm.

Hazırlayan hər kəsə nuş olsun!!!!
DAHA ÇOX VƏ MARAQLI RESEPTLƏRLƏ TANIŞ OLMAQ ÜÇÜN YOUTUBE KANALIMIZA BUYRUN

24-01-2019, 11:06 92 0

Rəylər


Rəy yaz