» » Kolbasalı kartof kotleti

Kolbasalı kartof kotleti

Lazım olan ərzaqlar
1. Kartof 500-600 qram
2. Holland pendiri 100 qram
3. Kolbasa 200 qram
4. Yumurta 2 ədəd
5. Un 1 x. qaşığı
6. Cəfəri yarım dəstə
7. Duz və istiot

Üzəri üçün 
Un 2-3 x.qaşığı

Qızartmaq üçün 
Duru yağ

Hazırlanma ardıcıllığı
1. Kartofun qabığını soyub, 4 hissəyə bölüb, üzərinə çıxana qədər su əlavə edib qaynamağa qoyuram.
2. Pendiri və kolbasanı sürtkəcin iri gözündən keçirdirəm
3. Qaynayıb soyumuş kartofu kartofəzənlə içərisində düyün qalmayacq şəkildə əzirəm.
4. Əzdiyim kartofa pendiri, kolbasanı, yumurtanı, cəfərini, un, duz və istiotu əlavə edib qarışdırıram.
5. Qarışıqdan götürüb əlimlə forma verib ardınca isə una batırıb düz bir qaba yığıram.
6. Hazırladığım kotletləri yaxşı qızdırılmış tavada qızardıram.

Hazırlayan hər kəsə nuş olsun
22-02-2019, 21:52 75 0

Rəylər


Rəy yaz