» » SOBA OLMADAN hazır lavaşdan tavada börək

SOBA OLMADAN hazır lavaşdan tavada börək

Lazım olan ərzaqlar
1. Lavaş 4 ədəd
2. Qiymə 300 qram
3. Soğan 2 ədəd
4. Duz və istiot

SOUS ÜÇÜN
1. yumurta 2 ədəd
2. qatıq 4 x. qaşığı
3. duru yağ 5 x. qaşığı
4. duz 1 çimdik

Hazırlanma ardıcıllığı
1. Çəkilmiş ətin üzərinə yarım stəkan su əlavə edib, ət bişib suyu çəkilənə qədər bişirirəm.
2. Suyu çəkilmiş qiymənin üzərinə kərə yağı, duz, istiot və xırda doğranmış soğanı əlavə edib qovururam.
3. SOUS ÜÇÜN dərin bir qaba yumurta, qatıq, duru yağ və duz əlavə edib yaxşıca qarışdırıram.
4. 4 ədəd lavaşı ortadan bışaqla 2 hissəyə bölürəm.
5. Hər hissənin üzərinə sous əlavə edib fırça ilə yayıram. Lavaşın kənarından qiymədən qoyub rulet kimi bükürəm.
6. Bükdüyüm ruleti öz ətrafında dolayıb yağladığım tavanın ortasına yerləşdirirəm. Bütün lavaşları bu qayda ilə üzərinə sous əlavə edib fırça ilə yayıb içərisinə qiymə qoyub bükürəm.
7. Bükdüyüm ruletlərin hamısını tək-tək tavanın ortasındakı lavaşın kənarına dolayıram. Artıq qalan sousu tavadakı börəyin üzərinə əlavə edib fırça ilə yayıram.
8. Tavanın qapağını bağlayıb az xodda ocağa qoyuram. Börəyin bir üzü qızardıqdan sonra börəyin üzərinə düz bir qab yerləşdirib tərs çevirirəm və börəyin digər üzünü də qızardıram.
9. Hazır olan börəyin üzəri xırçıltılı içərisi yupyumşaq olur.

Hazırlayan hər kəsə nuş olsun

30-03-2019, 22:19 108 0

Rəylər


Rəy yaz