» » Sobada KOTLET. Pomidor sousu ilə pambıq kimi yumşaq kotlet.

Sobada KOTLET. Pomidor sousu ilə pambıq kimi yumşaq kotlet.

Lazım olan ərzaqlar
1. Qiymə 350 400 qram
2. Yumurta 1 ədəd
3. Suxarı 2 x. qaşığı
4. Soğan 2 ədəd
5. Sarımsaq 2 diş
6. Duz istot qırmızı pul bibər
7. Cəfəri yarım dəstə 


SOUS ÜÇÜN
1. Soğan 1ədəd
2. Tomat pastası 1 ç. qaşığı
3. Pomidor salatı 2-3 x. qaşığı
4. Kərə yağı 1 x. qaşığı

Hazırlanma ardıcıllığı
1. Çəkilmiş ətin üzərinə blenderdən keçirirlmiş soğan, sarımsaq, suxarı, cəfəri, yumurta, duz, istiot və qırmızı pul bibər əlavə edib yaxşıca yoğururam
2. Alınan qarışıqdan götürüb uzunsov formada kotletlər hazırlayıram.
3. Kotletlərin üzəri üçün sous hazırlamaq üçün xırda doğranmış soğanı az xodda qovururam. Qovrulan soğana tomat pasatsı, qışlıq pomidor salatı vəya xırdalanmış təzə pomidor əlavə edib qovurmağa davam edirəm.
4. Qovrulan pomidorun üzərinə 100-150 ml su əlavə edirəm. Sous qaynamağa başladıqda ocaqdan götürürəm.
5. Əvvəlcədən hazırladığım kotletləri az yağda hər iki üzünü gur xodda qızardıram.
6. Soba listinə vəya soba üçün olan şüşə qaba qızarmış kotletləri düzüb, kənarına isə iri doğranmış kartof və yaşıl bibər əlavə edib, üzərinə isə hazırladığım sousu əlavə edib, tavanın üzərini yağlı kağızla bağlayıb, əvvəlcədən isidilmiş sobada 180 dərəcədə bişirirəm.

Hazırlayan hər kəsə nuş olsun

30-03-2019, 22:55 55 0

Rəylər


Rəy yaz