» » Sobada tərəvəzli Toyuq

Sobada tərəvəzli Toyuq

Lazım olan ərzaqlar
1. Toyuq 1 ədəd
2. Kök 2 ədəd
3. Soğan 1 ədəd
4. Kartof 3-4 ədəd


SOUS üçün

1. Pomidor salat 3-4 x. qaşığı
2. Tomat pastası 1 x. qaşığ
3. Duru yağ 4-5 x. qaşığı
4. duz 
5. Qırmızı pul bibər
6. Qara istiot

 Hazırlanma ardıcıllığı
1. Soğanı nazik yarım halqa şəklində doğrayıram. Kökü qalın halqa şəklində doğrayıram. Kartofu 2 hissəyə bölürəm. Toyuğu doğrayıb yuyuram.  Yeməyi hazırlayacağım qaba toyuğu, kökü, kartofu, soğanı əlavə edib sousu hazırlayıram.
2. Sous üçün dərin bir qaba  pomidor salatını vəya sürtkəcdən keçirilmiş pomidor+tomat pastası+duru yağ+duz+qırmızı pul bibər+qara istiot əlavə edib qarışdırıram.
3. Toyuq və tərəvəzin üzərinə sousu əlavə edib qarışdırıram.
4. Yeməyin üzərini əvvəlcə yağlı kağızla sonra isə dəmir folqa ilə bağlayıb əvvəlcədən isidilmiş sobada 200 dərəcədə 1 saat bişirirəm.

Hazırlayan hər kəsə nuş olsun
7-04-2019, 22:27 68 0

Rəylər


Rəy yaz