» » Qutab dadında Ətli qatlama

Qutab dadında Ətli qatlama


LAZIM OLAN ƏRZAQLAR
XƏMİR ÜÇÜN 

1. UN 4 ST
2. DUZ 1 Ç. QAŞIĞI
3. DURU YAĞ 2 X. QAŞIĞI
4. İLIQ SU

İÇLİK ÜÇÜN
1. QİYMƏ 350 QRAM
2. SOĞAN 2 ƏDƏD
3. KÖK 2 ƏDƏD 4.
4.DUZ İSTİOT
5. KƏRƏ YAĞI 1 DOLU X. QAŞIĞI
6. DURU YAĞ 125 ML(YARIM ST)

HAZIRLANMA ARDICILLIĞI

1.Xəmir üçün lazım olan ərzaqaları qarışdırıb yumşaq xəmir yoğrulur.
2. Xəmiri 2 iri 8 orta ölçülü kündələr ayırıb un səpilmiş qaba düzüb üzərini örtüb gözlədirik
3. İçlik üçün xırda doğranmış soğanı yağda qovurub üzərinə sürtkəcin iri gözündən keçirilmiş kökü əlavə edib azca qovurururuq ardından üzərinə çəkilmiş ət və duz əlavə edib tavanın qapağı bağlı şəkildə bişiririk.
4. 1 qatlama üçün 1 iri və 4 xırda kündədən isifadə edirik.
5. İri kündəni götürüb yayırıq üzərinə hazlrladığımız içlikdən 1-2 x. qaşığı əlavə edib yayırıq üzərinə balaca kündəni yayıb yerləşdiririk. Bu qayda ilə balaca kündələri yayıb yerləşdiririk
6. Əvvəl yaydığımız iri kündənin kənarlarından 8 yerə bölüb qatlamanın üstünə qatlayırıq. hazır olan qatlamanı əvvəlcədən isidilmiş sobada üzəri qızarana qədər bişiririk..
7. Digər qatlamanıda eyni qayda ilə hazırlayıb bişiririk.
Hazırlanma qaydası daha aydın olması üçün videonu izləyin

HAZIRLAYAN HƏR KƏSƏ NUŞ OLSUN

7-04-2020, 18:46 397 0

Rəylər


Rəy yaz