» » Şəhriyəli ətli şorba

Şəhriyəli ətli şorba


Lazım olan ərzaqlar

1. sümüklü dana əti 200-300 qram
2. soğan 1 ədəd böyük
3. pamidor 1 ədəd
4. bibər 1 ədəd
5. tomat pastası 1 dolu ç. qaşığı
6. kartof 2 ədəd orta ölçülü
7. şəhriyə (xırda makaron) yarım stəkan
8. kərə yağı
9. duz, istiot, nanə qurusu

Bişirmə ardıcıllığı


1. Sümüklü dana ətini qaynadıb əti sümükdən ayırırıq.Ət suyunu süzüb bir kənara qoyuruq
2. Qazana yağ əlavə edib xırda doğranmış soğanları qazana əlavə edirik
3. Qovrulmuş soğana 1tomat pastasını əlavə edib qovururuq
4. Sürtkəcdən keçirirlmiş pamidoruda əlavə edib qovururuq
5. Pamidorun suyu çəkilib qovrulanda xırda doğranmış bibəri əlavə edirik
6. Əvvəlcədən sümükdən ayırıb doğradığımız əti qovrulan tərəvəzlərə əlavə edib qovururuq
7. Ət suyunu qovrulan ət soğan qarışığına əlavə edirik, ət suyu az olduğu üçün əlavə qaynanmış isti suda əlavə edirik
8. Zövqə görə duz istiot əlavə edib 15-20 dəqiqə qaynadırıq
9. Şorba biraz qaynadıqdan sonra xırda kubik şəklində doğradığımız kartofları əlavə edirik
10. Kartoflar bişənə yaxın şəhriyəni və nanə qurusunu əlavə edib şəhriyələr bişənə qədər qaynadırıq

Hazırlayan hər kəsə nuş olsun

29-06-2017, 18:33 988 0

Rəylər


Rəy yaz