» » » İspanaqlı börək

İspanaqlı börək


Lazım olan ərzaqlar
1. hazır yuxa 7 ədəd
2. ispanaq 3 dəstə iri
3. pendir 200-300 qram
4. soğan 1 ədəd(orta ölçülü)
5. duru yağ 2 x. qaşığı
6. istiot 1/2 ç. qaşığı
7. yumurta 1 ədəd

Aralarına çəkmək üçün 
1. yumurta 1 ədəd
2. duru yağ yarım st
3. qatıq yarım st
4. su vəya süd yarım st

Üzəri üçün 
qaraçörəkotu

Hazırlanma ardıcıllığı
1. İspanaqları təmizləyib, yuyub xırda doğrayırıq
2. Soğanı sürtkəcdən keçirdib suyu çoxdursa sıxırıq (çox sıxmırıq)
3. Pendiri sürtkəcdən keçirdirik
4. Dərin bir qaba ispanağı, soğanı, pendiri, duru yağı, yumurtanı və istiotu əlavə edib qarışdırırıq
5. Başqa bir qabda yumurtanı, qatığı, duru yağı və su (süd) əlavə edib qarışdırırıq
6. Sobanın tavasına duru yağ çəkib bir qat lavaş qoyub üzərinə yumurtalı qarışıqdan çəkiriirik
7. İkinci qat lavaşı qoyub yenə yumurtalı qarışıqdan çəkib ispanaqlı içliyin 1/3 -ni lavaşın üzərinə yayırıq 
8. Üçüncü qata da eyni qaydayla yumurtlı qarışıq çəkib ispanaqlı qarışıq əlavə edirik.
9. İçliyi 3 qata əlavə edirik
10. Ən üstə lavaş qoyub yumurtlı qarışıqdan çəkirik. 
11. Əgər yumurtalı qarışıqdan artıq  qalsa börəyi kvadrat şəklində doğradıqdan sonra üzərinə əlavə edin. Ən sonda isə zövqə görə üzərinə qaraçöəkotu səpirik

Hazırlayan hər kəsə nuş olsun
12-11-2017, 20:26 1 209 0

Rəylər


Rəy yaz