» » » Qiyməli pide

Qiyməli pide


Lazım olan ərzaqlar
1. un 1 kq
2. duz 1,5 ç. qaşığı
3. maya 1 dolu ç. qaşığı
4. şəkər tozu 1 ç. qaşığı
5. ilıq su xəmir olana qədər

İçlik üçün 
1. qiymə 400 qram
2. yaşıl şirin bibər 2 ədəd orta ölçülü
3. qırmızı şirin bibər
4. pomidor 4-5 ədəd
5. soğan 3 ədəd orta ölçülü
6. pomidor pastası 2 x. qaşığı
7. bibər pastası 1 x. qaşığı
8. duru yağ 120 ml
9. istiot 1/2 ç. qaşığı
10. duz 1 ç. qaşığı

Üzəri üçün 
yumurta 1 ədəd
qatıq 2 x. qaşığı

Hazırlanma ardıcıllığı
1. 1/4 stəkan ilıq suya mayanı və şəkər tozunu əlavə edib qarışdırırıq və aktivləşməsini gözləyirik
2. Ələnmiş una duz əlavə edib qarışdırırıq, ardınca isə maynı və ilıq suyu az-az əlavə edib xəmir yoğururuq. Xəmirin üzərini örtüb 1 saat mayalanmağa qoyuruq
3. İçlik üçün: soğanın və pomidorun qabığını təmizləyirik
4. Soğanı, pomidoru və bibərləri doğrayıcıdan keçirdirik. Cəfərini xırda doğrayırıq
5. Dəri  bir qaba qiyməni, soğanı, bibəri, pomidoru, cəfərini, bibər və tomat pastasını, duzu, istiotu və duru yağı əlavə edib yaxşıca qarışdırırıq
6. Mayalanmış xəmiri hissələrə ayırıb yumurta böyüklükdə kündələyirik
7. Kündərdən birini götürüb oval şəkildə istədiyimiz ölçüdə yayırıq çalışaq ki, çox nazik olmasın. İçərisinə hazırladığımız içlikdən 1 x. qaşığı qoyub yayırıq xəmirin kənarlarından 1sm hissəyə içlik yaymırıq və həmin hissəni içliyin üzərinə qatlayıb xəmiri qayıq formasında bükürük. 
8. Pidenin kənarlarına çəkmək üçün yumurta və qatığı qarışdırıb pidenin kənarlarına çəkirik
9. 180.dərəcə sobada 15 dəq.bişiririk


Hazırlayan hər kəsə nuş olsun


15-11-2017, 21:24 945 0

Rəylər


Rəy yaz