Hotdoq


Lazım olan ərzaqlar
1. un 3 st
2. süd 1 st
3. yağ 50 qr
4. yumurta 1 ədəd
5. şəkər tozu 1 x. qaşığı
6. maya 1 ç. qaşığı
7. duz  yarım ç. qaşığı

Üzəri üçün
yumurta  1ədəd

Arası üçün
 sosiska

Hazırlanma ardıcıllığı
1. Dərin bir qaba  ilıq südü əlavə edib içərisinə mayanı və şəkər tozunu əlavə edib 15 dəqiqə mayanın aktivləşməsini gözləyirik
2. Aktivləşən mayaya otaq tempraturunda ərimiş yağı, yumurtanı və unu əlavə edib yumşaq xəmir yoğururuq
3. Xəmirin üzərini örtüb mayalanmağa qoyuruq
4. Mayalanmış xəmirdən  limon böyüklükdə kündələr düzəldirik.
5. kündələrdən birini götürüb nəlbəki böyüklükdə yayıb dairənin hər tərəfini biçaqla kəsiklər atırıq. Sosiskanı xəmirin ortasına qoyub kəsdiyimiz hissələri sosiskanın üzərinə hər tərəfdən birini qoymaqla hörük kimi edirik
6. Hazır olan hotdoqları yağlı kağız sərilmiş sobanın tavasına düzüb 20-25 dəqiqə mayalanmağa qoyuruq.
7. Hotdoqların üzərinə yumurta çəkib. 180°C də bişiririk

Hazırlayan hər kəsə nuş olsun
17-11-2017, 17:48 1 287 0

Rəylər


Rəy yaz