» » » Kartoflu Peraşki. Çoox asan, sərfəli və yupyumşaq yağda peraşkinin hazırlanması

Kartoflu Peraşki. Çoox asan, sərfəli və yupyumşaq yağda peraşkinin hazırlanması

LAZIM OLAN ƏRZAQLARXƏMİR ÜÇÜN

1. Un 4.5 st
2. Kartof suyu 1.5 st
3. Yumurta 1 ədəd
4. Duru yağ 5 x. qaşığı
5. Duz 1 ç. qaşığı
6. Maya 1 x. qaşığı
7. Şəkər tozu 1 x. qaşığı


İÇLİK ÜÇÜN

1. Kartof 500-600 qram
2. Soğan 1 ədəd iri
3. Duz və istiot
4. Soğanı qovurmaq üçün 2-3 x. qaşığı duru yağ
BU XƏMİRDƏN 25 ƏDƏD PERAŞKİ ALINDI

Hazırlanma ardıcıllığı
1. Kartofların qabığını soyub üzərinə çıxana qədər qazana su əlavə edib, ocağa qoyuram.
2. Kartoflar bişdikdən sonra suyunu stəkana süzüb biraz istiliyi keçənə qədər gözləyirəm.
3. Dərin bir qabın içərisinə 1 st isti kartof suyunu+ maya və çəkər tozunu əlavə edib qarışdırıram maya aktivləşənəqədər gözləyirəm.
4. Maya aktivləşdikdən sonra isə yumurtanı+duru yağı və duzu əlavə edib qarışdırıram.
5. Ardınca isə ələnmiş unu əlavə edib xəmir yoğururam.
6. Xəmiri yoğuran zaman yarım stəkan da kartof suyu əlavə etdim 
7. Yoğurduğum xəmirin üzərini örtüb 1 saat mayalanmağa qoyuram
8.  İÇLİK ÜÇÜN qayntdığım kartofları əzib üzərinə duz,istiot və əvvəlcədən xırda doğrayıb qovurduğum soğanları əlavə edib qarışdırıram.
9. Mayalanmış xəmiri hissələrə ayırıb, əlimlə yayıb hazırladığım içlikdən qoyub bükürəm. 
10. Peraşkilərin hamısını bu qaydada hazırlayıb düz bir qaba düzürəm ki, peraşkilər mayalansın.
11. Mayalanmış peraşkiləri bol yağda hər iki üzü qızarana qədər bişirirəm.
12. Peraşkiləri yağa qoyduqda bükdüyünüz hissə altda qalmalıdır ki, peraşkilər açılmasın. Bu qayda ilə bütün peraşkiləri bişirirəm.

HAZIRLAYAN HƏR KƏSƏ NUŞ OLSUN
DAHA ÇOX VƏ MARAQLI RESEPT ÜÇÜN YOUTUBE KANALIMIZA BUYRUN


8-11-2018, 10:46 8 352 0

Rəylər


Rəy yaz