» » » Cibli buterbrodlar. Cepli poğaça tarifi

Cibli buterbrodlar. Cepli poğaça tarifi


Lazım olan ərzaqlar
1. yumurta 2 ədəd (sarısı üzerinə2 su bardağı ılık süt,
2. İlıq su 1 stəkan
3. İlq süd 2 stəkan
4. Duru yağ 1 stəkandan 1 barmaq aşağı
5. Şəkər tozu 2 x.qaşığı
6. Maya 1 ç. qaşığı
7.   Duz 
8. Un xəmir olana qədər
Arasını yağlamaq üçün ərimiş kərə yağı vəya duru yağ

İçlik üçün
1. Kolbasa 
2. Pomidor xiyar
3. Holland pendiri vəya ağ pendir
4. Kahı
Üzəri üçün küncüt vəya qara çörəkotu

Hazırlanma ardıcıllığı
1. Dərin bir qaba ilıq suyu, mayanı və şəkər tozunu əlavə edib qarışdırırıq və 5-10 dəqiqə gözləyirik ki, maya aktivləşsin
2. Maya köpəndə südü, yumurtanı, duru yağı, duzu əlavə edib qarışdırırıq və unu hissə-hissə əlavə edib xəmir yoğururuq.
3. Xəmirin üzərini örtüb yarım saat mayalandırırıq
4. Mayalanan xəmiri hisslərə bölüb mandalin böyüklükdə kündələyirik
5. Kündələrdən birini götürüb yayırıq (nəlbəki böyüklükdə) arasına ərimiş kərə yağı(vəya duru yağ) çəkib əvvəlcə 2 qatlayırıq qatladığımız hissənidə yenə 2 qatlayırıq. Alınan forma qaz ayağı şəklində olur
6. Xəmir qurtarana qədər bu qaydada hazırlayırıq. Alınan buterbrodları sobanın tavasına düzüb mayalandırırıq.
7. Mayalanan buterbrodların üzərinə yumurta sarısı  çəkib küncüt vəya qara çörəkotu səpib 175 dərəcə sobada üzəri qızarana qədər bişiririk
8. Soyuyan buterbrodların arasına 1 hissəyə kahı, 1 hissəyə kolbasa, 1hissəyə pomidor, xiyar, 1hissəyə ağ vəya holland pendiri qoyuruq. Və bu şəkildə buterbrodlar hazır olur

Hazırlayan hər kəsə nuş olsun


1-11-2017, 21:45 849 0

Rəylər


Rəy yaz