» » » Pendirli siqara börəyi ( sigara böreği türk mətbəxi)

Pendirli siqara börəyi ( sigara böreği türk mətbəxi)


Lazım olan ərzaqlar
1. Dairəvi balaca lavaş 10 ədəd
2. Ağ pendir 200 qram
3. Cəfəri yarım dəstə
4. Yumurta ağı 1 ədəd
5. Qızartmaq üçün bitki yağı ( duru yağ)

Hazırlanma ardıcıllığı
1. Pendiri sürtkəcdən keçirib üzərinə xırda doğranmış cəfərini əlavə edirik
2. Lavaşı 4 yerə bölürük
3. Lavaşlardan birini götürüb içərisinə pendir qoyub kənarlarını içərisinə qartlayıb mütəkkə kimi bükürük. Lavaşın uc tərəfinə yumurta ağı çəkirik ki, açılmasın
4. Bütün lavaşları bu qayda ilə hazırlayıb yaxşı isidilmiş tavaya duru yağ əlavə edib börəkləri yağda qızardırıq. Qızartdığımız börəkləri salfet sərilmiş qaba çıxardırıqki artıq olan yağ süzülsün

Hazırlayan hər kəsə nuş olsun
 
3-11-2017, 20:19 2 021 0

Rəylər


Rəy yaz