» » » Peraşki resepti çox yumşaq və ləzzətli

Peraşki resepti çox yumşaq və ləzzətli

Lazım olan ərzaqlar
1. un 4-5 st
2. duz 1 dolu ç. qaşığı
3. maya 1 ç.qaşığı+şəkər tozu 1 ç. qaşığı
4. ilıq su xəmir olana qədər

İçlik üçün
1. kartof 4-5 ədəd
2. duz
3. istiot
4. kərə yağı 1 x. qaşığı

Hazırlanma ardıcıllığı
1. Əvvəlcə mayanı hazırlayırıq; yarım stəkan ilıq suya mayanı və şəkər tozunu əlavə edib aktivləşməsini gözləyirik
2. Ələnmiş una  duzu, mayalı suyu və ilıq suyu əlavə edib yumşaq ələ yapışan xəmir yoğururuq. Xəmirin üzərini örtüb  isti yerdə mayalanmağa qoyuruq. Xəmirin üzərinə azca duru yağ çəkirik ki, xəmir streçə yapışmasın.
3. Mayalanmış xəmiri yenidən yoğurub üzərini örtüb təkrar mayalanmağa qoyuruq
4. İçlik üçün; kartofları soyub 4 yerə bölüb qazana əlavə edib üzərinə çıxana qədər su əlavə edib qaynadırıq qaynayan zaman kartofa yarım ç. qaşığı duz əlavə edib üzərinə çıxan köpükləri yığırıq
5. Kartoflar yumşalanda başqa bir tavaya yağ əlavə edib əridirik. Qaynamış kartofları duz və istiot əlavə edib  yağın içərisinə əlavə edib qarışdırırıq və kartofları əzirik
6. Mayalanmış xəmiri hissələrə ayırıb azca  yağlanmış düz bir yere xəmiri düzürük.
7. Kündələrdən birini götürüb azca yayıb içlik qoyub bükürük
8. Tavaya yağ əlavə edib peraşkiləri bükdüyümüz hissə aşağı olmaqla yağda hər iki üzünü qızardırıq.

Hazırlayan hər kəsə nuş olsun

14-01-2018, 17:29 10 815 0

Rəylər


Rəy yaz