» » » Qarın qutabının hazırlanması

Qarın qutabının hazırlanması

Evdə çox dadlı Qarın qutabı hazırlamaq istəyirsinizsə buyrun reseptimizi yoxlayın. Həm böyüklərin həm uşaqların sevərək yeyə biləcəyi qarın qutabını hazırlamaq elədə çətin deyil buyrun sizdə hazırlayıb nuş edin. İndi isə gəlin birlikdə hazırlayaq
Lazım olan ərzaqlar 
Xəmir üçün

1. un 800 qram
2. maya 1 ç. qaçığı
3. çəkər tozu 1 ç. qaşığı
4. duz 1 ç. qaşığı 
5. ilıq su xəmir olana qədər

İçlik üçün 
1. qarın 1 kq
2. quyruq 200 qram
3. soğan 4-5 ədəd orta ölçülü
4. kərə yağı 3 x. qaşığı
5. duz və istiot

Bişirmə ardıcıllığı

1. Əvvəlcə ilıq suya mayanı və şəkər tozunu əlavə edib qarışdırırıqki maya aktivləşsin
2. Una duz və mayalı suyu əlavə edib qarışdırırıq və az-az ilıq su əlavə edib xəmir yoğururuq
3. Xəmirin üzərini örtüb 1 saat mayalanmağa qoyuruq
4. Xəmir hazır olana qədər içliyi hazırlayırıq.Təmizləyib yuduğumuz qarını ətçəkən maşından keçirdirik ardınca sıra ilə quyruğu və soğanı da ətçəkən maşından keçirdirik
5. Hazır olan qarışığa duz, istiot, kərə yağı əlavə edib yaxşıca qarışdırırıq
6. Mayalanmış xəmiri hissələrə bölüb kündələyirik. Kündələrin üzərinə dəsmal seririk ki üzəri qurumasın 
7. Kündələrdən birini götürüb üzərinə un səpib nazik yayırıq, yaymanın içərisinə hazırladığımız içlikdən 1 x. qaşığı qoyub yayırıq 
8. Kənarlarını əlimizlə bərkidib sacda vəya tavada hər iki tərəfi qızarana qədər bişiririk
Bu qutabı yağdada hazırlamaq olar tavaya bitki yağı əlavə edib yağ yaxşı qızanda qutabı tavaya qoyub hər iki üzü qızarana qədər bişiririk. Sumaq vəya narla süfrəyə verilir

Hazırlayan hər kəsə nuş olsun

12-07-2017, 18:30 10 738 0

Rəylər


Rəy yaz