» » » Çox ləzzətli qat-qat xaçapurinin hazırlanması

Çox ləzzətli qat-qat xaçapurinin hazırlanması




Lazım olan ərzaqlar

1. un 600 qram
2. kərə yağı 70 qram
3. yumurta 1 ədəd
4. üzüm sirkəsi 1 x. qaşığı
5. maya 1 ç. qaşığı
6. şəkər tozu 1 ç. qaşığı
7. duz 1 ç. qaşığı
8. süd xəmir olana qədər

İçlik üçün
1. yağlı pendir 250 qram
2. holland pendiri 150 qram
3. duzlu şor 1 dolu x. qaşığ

Bişirmə ardıcıllığı

1. Xəmir üçün əvvəlcə mayanı hazırlayırıq: yarım stəkan ilıq südə mayanı və şəkər tozunu əlavə edib aktivləşməsini gözləyirik
2. Xəmirğ duz əlavə edib qarışdırırıq
3. Ardınca otaq tempraturunda yumşalmış kərə yağını una əlavə edib umac kimi ovuruq
4. Una aktivləşmiş mayanı, yumurtanı və sirkəni əlavə edib qarışdırrıq və xəmir olana qədər ilıq süd əlavə edib yumşaq xəmir yoğururuq. Hazır olan xəmiri 1 saat mayalanmağa.qoyuruq
5. Xəmir mayalananda hissələrə bölüb kündələyirik.
6. Kündələrdən 4 və ya 5ni tək-tək yayırıq.
7. Yaydığımız yaymani yığacağımız yeri yağlayırıq yaymanı sərib yaymanı da yağlayırıq
8. 4-5 ədəd kundəni bu qaydada yayıb, yağlayıb üst-üstə yığırıq. Ən üstdəki yaymanıda yağlayıb kvadrat şəklində kəsirik. Ortasına hazırladığımız içlikdən qoyub kvadratın künclərini birləşdirib kənarlarından əlimizlə sıxırıq (daha ətraflı videonu izləyin). Xaçapurinin üstündəb basıb yastılayırıq.
9. Hazır olan xaçapuriləri sobanın tavasına düzüb 20-25 dəqiqə mayalanmağa qoyuruq. Mayalanan xaçapurilərin üzərinə yumurta sarısı çəkib əvvəlcədən isidilmiş sobada bişiririk

HAZIRLAYAN HƏR KƏSƏ NUŞ OLSUN





1-09-2017, 13:05 4 315 0

Rəylər


Rəy yaz