» » » Pizza. Mini pizza

Pizza. Mini pizza

Lazım olan ərzaqlar
1. Un 3.5 st
2. Yumurta 1 ədəd
3. Maya 1 ç qaşığı
4. Şəkər tozu 1 x. qaşığı
5. Kərə yağı 30 qram (kibrit qutusu böyüklükdə)
6. Duz 1 ç. qaşığı


ÜZƏRİ ÜÇÜN
1. Kolbasa 250  qr
2. Xiyar turşusu 2 ədəd
3. Holland pendiri 200 qram
4. Tomat pastası  2 x. qaşığı
5. Mayonez 1 x. qaşığı
6. Pomidor zövqə görə

Hazırlanma ardıcıllığı

1. Xəmir üçün dərin bir qaba 1 stəkan ilıq su maya və şəkər tozu əlavə edib qarışdırıram və mayanın aktivləşməsini gözləyirəm.
2. Mayalı suya duz və yumurta əlavə edib qarışdırıram.
3. Ardınca un əlavə edib xəmir yoğururam. Yoğurduğum xəmirə ərinmiş kərə yağını az-az əlavə edib  yumşaq ələyapışmayan xəmir hazırlayıram. Xəmirin üzərini örtüb 1 saat mayalandırıram.
4. Pizzanın üzəri üçün kolbasa vəya sosiskanı xırda kub şəklində doğrayıram. Holland pendirini sürtkəcin iri gözündən keçirdirəm.
5. Sous üçün tomat pastasına mayonez əlavə edib yaxşıca qarışdırıram.
6. Xiyar turşusunu xırda kub şəklində doğrayıram.
7. Mayalanmış xəmiri hissələrə bölüb kündələyirəm.
8. Kündələri tək-tək götürüb nəlbəkidən biraz böyük  yayıram.
9. Yaydığım xəmirləri yağlı kağız sərdiyim soba listinə düzüb üzərinə 1ç. qaşığı sous çəkib üzərinə sıra ilə kolbasa pomidor turşu xiyar ən üstə isə holland pendiri əlavə edib əvvəlcədən isidilmiş sobada 180 dərəcədə bişirirəm.

Hazırlayan hər kəsə nuş olsun
8-04-2019, 11:47 103 0

Rəylər


Rəy yaz