» » » Xəmir yoğurmadan pizza

Xəmir yoğurmadan pizza

LAZIM OLAN ƏRZAQLAR
1. Kartof 600 qram
2. Yumurta 2 ədəd
3. Mayonez 1 dolu x.qaşığı
4. Un 4 x.qaşığı
5. Duz 1 ç.qaşığı


ÜZƏRİ ÜÇÜN
1.Holland pendiri 150 qram
2. Sosiska 4 ədəd
3. Pomidor 2 ədəd
4. Qarğıdalı konservi 2-3 x. qaşığı

Hazırlanma ardıcıllığı
1. Qabığı soyulmuş kartof sürtkəcin iri gözündən keçirilir, üzərinə yumurta, mayonez, un və duz əlavə edib yaxşıca qarışdırılır.
2. Tavaya yağ əlvə edib yaxşı isidirəm və karoflu qarışığı əlavə edib yayıram. Tavanın qapağı bağlı şəkildə 15 dəqiqə orta xodda qızarana qədər bişirirəm.
3. Kartoflu qarışıq qızaranda tavanın üzərinə qab qoyub tərs çevirirəm və yenidən digər tərəfi qızarması üçün kartoflu qarışığı tavanın içərisinə əlavə edirəm. Kartoflu qarışığın üzərinə sıra ilə holland pendiri, pomidor, sosiska, qarğıdalı konservi və ən sonda holland pendiri əlavə edib tavanın qapağı bağlı şəkildə 10-15 dəqiqə orta xodda bişirirəm.
4. Hazır olan pizzanı isti isti kəsib servis edirəm.

Hazırlayan hər kəsə nuş olsun 
8-09-2019, 21:50 129 0

Rəylər


Rəy yaz