» » » Yuxa salatının hazırlanması

Yuxa salatının hazırlanması


LAZIM OLAN ƏRZAQLAR 
1. LAVAŞ 6 ƏDƏD
2. ÇUĞUNDUR 2 ƏDƏD
3. KÖK 3 ƏDƏD
4. YUMURTA 3 ƏDƏD
5. XİYAR TURŞUSU 3 ƏDƏD BALACA
6. TON BALIĞI YAĞDA 1 KONSERV
7. SMETAN+MAYONEZ QARIŞIĞI VƏYA TƏK MAYONEZ


HAZIRLANMA ARDICILLIĞI
1. Lazım olan tərəvəzləri qaynadıb sürtkəcin iri gözündən keçirdirik. Balıq konservini açıb süzgəcə əlavə edirik ki, yağı süzülsün.
2. Dəzgahın üstünə streç sərib üzərinə isə lavaşları yerləşdirirəm. Uzunsov formada olan Naxçıvan lavaşının ikisini üst-üstə yerləşdirib arasına azca mayonez çəkirik ki, lavaşlar sürüşməsin.
3. İkinci lavaşın üzərinə mayonez çəkib sürkəcdən keçirilmiş çuğunduru əlavə edirik. Üzərinə azca duz və mayonez çəkib hamarlayırıq.
4. Üzərinə lavaş yerləşdirib mayonez, sürtkəcdən keşirilmiş kök duz və mayonez əlavə edib hamarlayırıq.
5. Digər lavaşı yerləşdirib mayonez, yumurta, duz və mayonez əlavə edib hamarlayırıq.
6. Üzərinə digər lavaşı yerləşdirib mayonez çəkib duzlu xiyar əlavə edirik.
7. Ən son qata mayonez çəkib balığı əlavə edib hamarladıqdan sonra streçin köməkliyi ilə salatı rulet formasında bükürk. Salatı düz bir taxtanın vəya qabın içərisinə yerləşdirib ən az 2 saat soyducuda gözlədib daha sonra dilimləyib servis edirik.

HAZIRLAYAN HƏR KƏSƏ NUŞ OLSUN
5-04-2020, 20:39 368 0

Rəylər


Rəy yaz