» » » Mimoza salatı

Mimoza salatı

LAZIM OLAN ƏRZAQLAR

1. KARTOF 3 ƏDƏD
2. KÖK 3 ƏDƏD
3. YUMURTA 3 ƏDƏD
4. HOLLAND PENDİRİ 100 QRAM
5. QOZ 100 QRAM
6. TOYUQ FİLESİ 300 QRAM
7. SMETAN, MAYONEZ DUZ VƏ İSTİOT
 ÜZƏRİNİ BƏZƏMƏK ÜÇÜN KÖK, NAR DƏNƏSİ VƏ 2-3 ŞÜYÜD ÇUBUĞUNDAN İSTİFADƏ ETDİM

HAZIRLANMA ARDICILLIĞI

1.Salat üçün lazım olan tərəvəzlər qaynadılır və soyuduqdan sonra sürtkəcin iri gözündən keçirilir həmçinin toyuq filesi duzlu suda qaynadılıb didilir.
2. Salatı hazırlayacağımız qaba lay-lay tərəvəzlər əlavə olunub üzərinə duz, istiot və mayonezli smetanlı qarışıq əlavə olunur
3. Salatı yığmaq asan olsun deyə mən açılıb bağlanan formanın içərisində yığdım.
4. Birinci qata kartof, duz, mayonez və smetan qarışığı
5. İkinci qata kök, duz, mayonez və smetan qarışığı
6. Üçüncü qata qoz smetan və mayonez qarışığı 
7. Dördüncü qata toyuq filesi mayonez və smetan qarışığı
8. Beşinci qata yumurta smetan və mayonez qarışığı
9. Ən son qata sürtkəcin xırda gözündən keçirilmiş holland pendiri əlavə edib ən az 1 saat soyuducuda saxlayırıq.
10. Soyuducudan çıxardıqdan sonra kənarındakı formanı çıxarıb üzərini bəzəyirik.

HAZIRLAYAN HƏR KƏSƏ NUŞ OLSUN
7-04-2020, 18:20 163 0

Rəylər


Rəy yaz