» » » Tərəvəzli toyuq şorbası

Tərəvəzli toyuq şorbası

 

Lazım olan ərzaqlar

1. toyuq filesi 1 ədəd (qaynadılmış)
2. soğan 2 ədəd orta ölçülü
3. bibər 1 ədəd
4. pamidor 1 ədəd
5. kartof 2 ədəd orta ölçülü
6. kök 1 ədəd böyük vəya 2 ədəd orta ölçülü
7. yumru düyü 3-4 x. qaşığı
8. tomat pastası 1 x. qaşığı
9. duz və istiot
10.  kərə yağı 2 x. qaşığı


Bişirmə ardıcıllığı


1. Şorbanı hazırlayacağımız qazana xırda doğranmış soğanı əlavə edib yağda qovururuq
2. soğan qovrulub qızılı rəng olanda xırda doğranmış bibəri əlavə edib qovururuq
3. daha sonra  tomat pastasını  əlavə edib onuda qovururuq
4. və üzərinə sürtkəcdən kecirdiyimiz pamidoru əlavə edirik
5. pamidor qovrulanda sürtkəcdən keçirdiyimiz köku əlavə edirik
6. və ardinca əvvəlcədən duzlu suda qaynadıb diddiyimiz toyuq filesini əlavə edirik
7. 1-2dəqiqə qovrulandan sonra toyuğu qaynatdığımız sudan əlavə edirik az olduğu üçün əlavə qaynanmış suda əlavə edirik
8. zövqə görə duz və istiot əlavə edirik
9. 15- 20 dəqiqə qaynayan şorbaya əvvəlcədən yuduğumuz yumru düyünü əlavə edirik
10. düyü bişənə yaxın sürtkəcdən keçirdiyimiz kartofları əlavə edirik
11. kartof tam bişib şorba hazır olana qədər qaynadırıq.Zövqə görə üzərinə keşniş vəya cəfəri əlavə edib süfrəyə veririk


Hazırlayan hər kəsə nuş olsun

19-06-2017, 21:26 1 904 0

Rəylər


Rəy yaz