Dovğa



Dovğa bisirmeyin asan yolu. Bu üsulla hər kəs həm dadlı həmdə çürüməyən dovğa bişirməyi bacaracaq. Elə isə keçək hazırlanmasına
Lazim olan ərzaqlar
1. 2 litr qatıq
2. 2 ədəd yumurta
3. 2 x. qaşığı un
4. 2 x. qaşığı yumru düyü
5. Yarım stəkan noxud
6. Duz
7. su 2 stəkan

Göyərti
2 dəstə şüyüt
2 dəstə dağ keşnişi
2 dəstə keşniş
1 dəstə nanə
1 dəstə şomu vəya çuğundur yarpaği
Zövqə görə yaşıl sarımsaq

Bişirmə ardıcıllığı
1. Əvvəlcə  noxudu yuyub qaynamağa qoyuruq.( Noxudun tez bişməsi üçün noxudu əvvəlcədən islatmaq lazımdır ) Ardınca göyərtiləri təmizləyib, yuyub, xırda-xırda doğrayırıq
2. Dərin bir qaba qatığı, yumurtanı, unu əlavə edib blenderden keçirdirik
3. Dovğanı hazırlayacağımız qazana suyu və yumru düyünü əlavə edirik.Düyü qayanamağa başlayanda əvvəlcədən hazırladığımız qatığı qarışdıra-qarışdıra qazana əlavə edib qaynara düşənə qədər arabir qarışdırırıq
4. Qatıq qaynamağa başlayanda doğradığımız göyərtiləri qazana əlavə edib qarışdırırıq
5. Ən sonda qaynadılmış noxudu dovğaya əlavə edirik. 10-15 dəqiqə qaynadıb  ocaqdan götürürük
6. Dovğanı ocaqdan götürdükdən sonra arabir qarışdırmaq lazımdır
7. Dovğa ilıq olanda duz əlavə edirik

Hazırlayan hər kəsə nuş olsun
14-07-2017, 11:59 1 819 0

Rəylər


Rəy yaz