Toyuq kotleti

Lazım olan ərzaqlar
1. Toyuq filesi 500 qram
2. soğan 2 ədəd balaca və ya 1 ədəd orta ölçülü
3. sarımsaq 2 diş
4. mayonez 2 x. qaşığı (dolu olmayan)
5. süd 200 ml
6. çörək 2 dilim
7. duz istiot 
8. suxrı 1 st

Hazırlanma ardıcıllığı
1. Əvvəlcə 2 dilim çörəyin kənarlarını ayırırıq. Çörəyin içini dərin qaba qoyub üzərinə ilıq süd əlavə edib bir kənara qoyuruq
2. Soğanı və sarımsağı doğrayıcıdan keçirdirik artıq olan suyunu süzürük
3. Toyuq filesini doğrayıcıdan vəya ətçəkən maşından keçirdirik
4. Dərin bir qaba toyuq filesini, soğan və sarımsağı, südlü çörəyi( çörəyin artıq olan südünü sıxırıq), duz, istiot və mayonezi əlavə edib yaxşıca qarışdırırıq və alınan qarışığı yarım saat soyuducuda saxlayırıq
5. Soyuducudan çıxardığımız qarışığa əlimizlə forma verib qaba düzürük. Ələ yapışmasın deyə arada əlimizi suya batırırıq
6. Tavaya yağ əlavə edirik, yağ yaxşı qızanda kotletləri suxarıya batırıb tavaya düzürük. Orta xodda hər iki üzü qızarana qədər bişiririk

Hazırlayan hər kəsə nuş olsun


12-01-2018, 14:11 431 0

Rəylər


Rəy yaz