» » » Göyərti qutabı dadında çox asan kartoflu göyərtili lavaş.

Göyərti qutabı dadında çox asan kartoflu göyərtili lavaş.

Lazım olan ərzaqlar

1. Kartof 6 ədəd orta ölçülü
2. Kərə yağı 30-40 qram
3. Keşniş 5-6 sap
4. Şüyüt 5-6 sap
5. Göy soğan 2-3 sap
6. Təzə sarımsaq 1 sap
7. Duz 
8. İstiot
9. Un xəmir olana qədər 

Hazırlanma ardıcıllığı
1. Göyərtilərin saplaq hissələrini kəsib istifadə etmirəm, qalan hissələrini xırda-xırda doğrayıram. Göy soğan və sarımsağın baş hissəsini bir neçə hissəyə bölüb xırda-xırda doğrayıram.
2. Qaynadılmış kartofun üzərinə kərə yağı əlavə edib əvvəlcə kartofəzənlə sonra isə çəngəllə düyün qalmayacaq şəkildə əzirəm.
3. Əzilmiş kartofun içərisinə duz, istiot, doğranmış göyərtini əlavə edib qarışdırıram.
4. Ardınca isə xəmir olana qədər un əlavə edib yoğururam. Hazırladığım xəmirə uzunsov forma verib hissələrə bölüb kündələyirəm.
5. Kündəninin üzərinə bolluca un səpib nazik yayıram. Lavaşları yaxşı isidilmiş tavada hər iki üzü qızarana qədər bişirirəm. Lavaşı tavadan götürüb hər iki üzünü kərə yağı ilə yağlayıram.
6. Hazır lavaşlar yupyumşaq və çooox ləzzətli olur. 

Hazırlayan hər kəsə nuş olsun


29-03-2019, 20:26 151 0

Rəylər


Rəy yaz