» » » Döymə üsulla şəkərburanın hazırlanması

Döymə üsulla şəkərburanın hazırlanması


Azərbaycanın qədim şirniyyatı, Novruz bayramının rəmzlərindən biri olan  Şəkərburanın fərqli, döymə üsulu ilə hazırlanmasını sizlərlə də paylaşmağı qərara aldıq. Çox dadlı, yumşaq və boyatlamayan Şəkərburanın hazırlanması  çox asan nəticəsi isə çox gözəldir. Bu gözəl  Şəkərburanı gəlin birlikdə hazırlayaq
Lazım olan ərzaqlar

1. un 1 kq
2. kərə yağı 500 qram
3. xama 250 qram
4. yumurta sarısı 2 ədəd
5. maya 10 qram ( çay qaşığının ucunda )
6. ilıq su 1-2  x. qaşığı (mayanı həll etmək üçün)
7. Şəkər tozu 1 ç. qaşığı
8. duz 1 çimdik

İçlik üçün

1. ağardılmış fındıq 500 qram
2. şəkər tozu 400 qram
3. hil 0,5 ç. qaşığı

 Bişirmə ardıcıllığı

1. Əvvəlcə içliyi hazırlayırıq qabığı təmizlənmiş fındıqları fındıqçəkən maşından keçirdirik. Çəkilmiş fındığı şəkər tozuyla qarışdırırıq
və həmin qarışığa təmizlənib döyülmüş hili əlavə edib yaxşıca qarışdırırıq
2. Xəmir üçün mayanı hazırlayırıq. İlıq suya mayanı və şəkər tozunu əlavə edib qarışdırırıq ki, maya aktivləşsin
3. Xəmiri hazırlayacağımız qaba ələnmiş  unu əlavə edib 1 çimdik duz əlavə edib unu qarışdırırıq
4. Otaq tempraturunda ərimiş yağı unla ovuruq o vaxta qədər ki, umac halında olsun
5. Alınan umaca mayalı suyu, xamanı və yumurta sarısını əlavə edib bərk xəmir yoğrulur
6. Xəmir  15- 20 dəqiqə dinləndikdən sonra  balaca kündələrə ayırıb üzərini streç və ya pinqivin klyokla örtüb soyuducuya qoyuruq 
7. Kündələr 20-25 dəqiqə soyuducuda qaldıqdan sonra artıq şəkərburanı hazırlaya bilərik 
8. Kündələrdən 4-5 ədəd götürüb tək-tək yayıb əvvəlcədən hazırladığımız içlikdən qoyub kənarlarını əlimizlə bərkidib daha sonra bükürük
9. Şəkərburaları sobanın tavasına yığıb üzərini dəsmalla örtüb soyuducuda saxlayırıq 
10. Şəkərburaların üzəri quruduqdan sonra naxışlayırıqki, bişən zaman naxışlar itməsin
11. Naxışladıqdan sonra təkrar şəkərburaları soyducuya qoyuruq 15-20 dəqiqə soyuducuda qaldıqdan sonra əvvəlcədən isidilmiş sobada altı qızarana qədər bişiririk. Üzərini qızartmırıq

Hazırlayan hər kəsə nuş olsun
19-07-2017, 12:38 13 286 0

Rəylər


Rəy yaz